XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
İdman 13:45 / 13.05.2024

Azərbaycan Basketbol Liqasında (ABL) həlledici final seriyasında iştirak edəcək son çempion "Sabah" və debütant "Xəzri" klubları arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Sərhədçi" İdman Mərkəzində keçiriləcək final seriyasının açılış oyunu, mayın 16-dasaat 19:30 -da start götürəcək. Super seriyanın ikinci oyunu mayın 19-da, üçüncü oyunu isə mayın 22-dəoynanılacaq. Əgər final seriyasında qarşılıqlı qələbələr olarsa, o zaman seriyanın 4-cü və 5-ci oyunları, müvafiq olaraq 24 və 28 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, bütün oyunlar saat 19:30 -da başlayacaq və CBC Sport telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq. Final seriyasında ən tez üç qələbə qazanmış komanda isə çempion olacaq.


5889 oxunub

InvestAZ