XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Bakıda beynəlxalq boks turniri keçiriləcək
İdman 19:27 / 12.05.2024

Mayın 13-də yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinə start veriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Belarus, Gürcüstan və Qırğızıstan yığmaları iştirak edəcəklər. 116 idmançının mübarizə aparacağı "Heydər Əliyev kuboku-2024"ün final görüşləri mayın 18-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə təmsil olunacaq.Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 71 yeniyetməni sınaqdan keçirəcək.

Qeyd edək ki, "Heydər Əliyev kuboku-2024"ün supervayzeri Petr Vinnik (Belarus), baş hakimi Anar Babanlı olacaq.



4968 oxunub

InvestAZ