XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Narkotiklərlə mübarizənin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb
İdman 14:09 / 21.09.2023

AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycanda səfərdə olan Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri Maria Moreira ilə görüşüb. Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli rəhbərlik etdiyi qurumun fəaliyyəti, təmiz idman naminə görülən işlər, narkotiklərlə mübarizə sahəsində atılan addımlar və əldə olunan nailiyyətlər barədə qonaqları məlumatlandırıb.

AMADA-nın fəaliyyətini yüksək qiymətləndirən qonaq agentliyin narkotiklərlə mübarizə sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib. Daha sonra Avropada və Yaxın Şərq Proqramına üzv olan ölkələrdə narkotiklərlə mübarizənin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Mərkəzin ESPAD (Alkoqol və Digər Narkotiklər üzrə Avropa Məktəb Sorğu Layihəsi) təşəbbüsü, iki qurum arasında birgə əməkdaşlıq və perspektivlər müzakirə olunub. ESPAD 40-dan çox Avropa ölkəsində müstəqil tədqiqat qrupları ilə əməkdaşlıq edir və yeniyetmələrin narkotik vasitələrdən istifadəsinin qarşısının alınması üzrə dünyanın ən böyük beynəlxalq tədqiqat layihəsidir.

Görüşdə həmçinin "EU4Monitoring Drugs” layihəsinin əlaqələndiricisi İlze Jekabson, elmi analitik Klaidas Kuçalskis, AMADA-nın Hüquq şöbəsinin müdiri Fərhad Abasov və Elm şöbəsinin rəhbəri Rüfət Efendiyev iştirak ediblər.


11821 oxunub

InvestAZ