XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



UEFA Konfrans Liqası: çempion Praqada müəyyənləşəcək
İdman 08:52 / 07.06.2023

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq. Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma" UEFA Konfrans Liqasının qalibiolub.


6601 oxunub

InvestAZ