XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Messi PSJ-də son oyununa çıxacaq  
İdman 15:33 / 01.06.2023
Bu mövsüm başa çatdıqdan sonra Lionel Messi PSJ-ni tərk edəcək. Bu barədə məlumatı klubun baş məşqçisi Kristof Qaltye jurnalistlərə bildirib. O deyib ki, Liqa-1-ci 38-ci turunun "Klermon"a qarşı matçı argentinalı futbolçunun Paris təmsilçisində sonuncu oyunu olacaq. "Mənim üçün dünya futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq fəxr idi. "Klermon"a qarşı görüş Leonun "Park de Prens"dəki sonuncu oyunu olacaq" - deyə o bildirib. PSJ - "Klermon" matçı iyunun 3-ü, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu, PSJ-nin cari mövsümdə sonuncu oyunu olacaq.

Qeyd edək ki, 35 yaşlı Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonu başa çatır. O, klubla 2021-ci ilin avqustunda 2 mövsümlük müqavilə imzalamışdı. Messi bu mövsüm PSJ ilə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 21 qol vurub, 20 qolun ötürməsini edib.

7414 oxunub

InvestAZ