XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



“Sabah” Azərbaycan Basketbol Liqasının çempionu oldu
İdman 10:31 / 30.05.2023

Azərbaycan Baksetbol Liqasının qalibi müəyyənləşib. "Sərhədçi” İdman Mərkəzində keçirilən "Sabah” və "Gəncə” komandaları turnirin final seriyasının sonuncu oyununda üz-üzə gəliblər.

Görüşün əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib. "Sabah” gərgin və maraqlı oyunun yekununda "Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriyasında 3:2 hesablı qələbə qazanan "Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022-2023-cü il mövsümünün çempionu adını qazanıb.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular "Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), "Gəncə”dən isə Kollin Törner (26 xal, 11 asist) olublar.



15509 oxunub

InvestAZ