XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Tennis Turnirinə yekun vurulub
İdman 10:03 / 30.05.2023

Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turniri başa çatıb. Yarışa 18 yaşlı tennisçilərin mübarizəsi ilə yekun vurulub. Oğlanların finalında Jakaz Kozbak, qızların mübarizəsində isə Kira Batakina qələbə qazanaraq birinci yeri tutub.

Turnirdə Azərbaycan tennisçiləri Kənan Qasımov və İlham Baxşəliyev də mükafatçılar sırasında qərarlaşıblar.

Tennisçilərimiz bu çıxışları ilə reytinq xalları əldə ediblər. İdmançılarımız bu xallarla beynəlxalq yarışlarda iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparıb. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış ediblər.


8063 oxunub

InvestAZ