XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Biz birlikdəyik, Vini!”
İdman 09:39 / 24.05.2023

İspaniyanın "Barselona” klubunun braziliyalı futbolçusu Rafinya "Real Madrid”in hücumçusu Vinisiusa dəstək olub. La Liqanın 36-cı turu çərçiəsində əvəzlənərək meyanı tərk edən Rafinya formasını çıxararaq, Bob Marleyin sözləri yazılan geyimi ilə Vinisiusa dəstəyini bildirib.

"Dəri rənginin göz rəngindən daha vacib olduğu müddətcə, bu savaş davam edəcək. Biz birlikdəyik, Vini!”.

Qeyd edək ki, La Liqanın 35-ci turunda "Valensiya" klubunun azarkeşləri Madrid təmsilçisinin hücumçusu Vinisiusun ünvanına irqçi söyüşlər səsləndiriblər. Həmin oyun yarasaların "Kral klubu” üzərində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


7489 oxunub

InvestAZ