XƏBƏR LENTİ
15 Dekabr 2025
14 Dekabr 2025
13 Dekabr 2025



Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
İdman 14:49 / 15.12.2025

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, 20 dekabrda təşkil ediləcək Oyunlarda 130 uşaq 8 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.


359 oxunub

InvestAZ