XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Federasiya prezidenti voleybolçularla görüşüb
İdman 10:08 / 24.05.2023

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb. Vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucovun iştirak etdiyi yığıncağa mayın 19-21-də AVF-də keçirilmiş 15 yaşadək qızlar arasında turnirdə fərqlənən oyunçular və onların məşqçiləri qatılıblar.

Şahin Bağırov onlarla söhbətində voleybolun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib. Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib. Voleybolçuların problemləri ilə maraqlanan Ş.Bağırov onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib, gələcək yarışlarında uğurlar arzulayıb.

Daha sonra çıxış edən Faiq Qarayev gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Peşəkar voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verən F.Qarayev gənclərə karyeralarında uğurlar arzulayıb.

Daha sonra "Azərreyl-2” komandasının baş məşqçisi, Əməkdar məşqçi Alla Həsənova da fikirlərini bölüşüb. O, yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib. A.Həsənova belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib. Qeyd edib ki, məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.


6895 oxunub

InvestAZ