XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



“Sambaçılar” Ançelottiyə son təklifini edəcək
İdman 10:43 / 19.05.2023

Braziliya Futbol Federasiyası rəhbərliyi növbəti həftə Madridə yollanacaq. "Sambaçılar”ın İspaniya səfərinin əsas məqsədi "Real”ın baş məşqçisi Karlo Ançelotti ilə bağlıdır. İtaliyalı mütəxəssisi millinin sükanı arxasına gətirməyə çalışan braziliyalılar baş məşqçiyə son dəfə rəsmi təklif edəcək.

"Real” rəhbərliyi isə Karlo Ançelottiyə güvənməyə davam edir. Hazırkı məqamda onun yeni mövsümdə də klubda qalması ehtimalı yüksəkdir.

Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi "Real” komandası Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti” klubuna 4:0 hesabı ilə məğlub olmuşdu. Böyükhesablı məğlubiyyətdən sonra K.Ançelottinin klubdan ayrılacağı deyilirdi.


14152 oxunub

InvestAZ