XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Astarada keçiriləcək beynəlxalq turnirin qrupları və təqvimi müəyyənləşdi
İdman 10:08 / 19.05.2023

3x3 basketbol üzrə dünya qadın seriyasında Astara mərhələsinin qrupları və təqvimi müəyyənləşib. Yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, "Yuanda” klubu (Çin), Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və "Neftçi" klubu yer alıb.

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar. Astara mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq.


7286 oxunub

InvestAZ