XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



İspanların “Sevilya” Liqası
İdman 08:37 / 19.05.2023

Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Təşkil olunan iki oyundan sonra finalçıların adına aydınlıq gəlib. Tunirin ilk finalçısı "Roma” klubu olub. Joze Mourinyonun komandasısəfərdə Almaniyanın "Bayer Leverkuzen” klubu ilə qolsuz heç-heçə sayəsində bu uğura nail olub. Bu komandalar arasında Romada keçiriən oyunda İtaliya təmsilçisi minimal hesabla qalib gəlmişdi -1:0.

"Roma”nın finaldakı rəqibi isə Sevilya klubu olub. İspaniya təmsilçisi "Yuventus”a əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək finala adlamağı bacarıb. Bu komandalar arasında Turində keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 31-də macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.



15021 oxunub

InvestAZ