XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Kross məğlubiyyəti şərh etdi
İdman 12:52 / 18.05.2023

UEFA Çempionlar Liqasının yarımfinal oyunu çərçivəsində keçirilən oyun "Mançester Siti” - "Real” oyunu "kral klubunun futbol tarixinə qara ləkə kimi daxil oldu. İspaniya nəhəngi bu oyunda "şəhərlilər”ə 4:0 hesabı ilə məğlub oldular. Oyundan sonra "Real”ın almaniyalı yarımmüdafiəçisi Toni Kross məğlub olduqlaı oyun barədə danışıb. Futbolçu Mançester təmsilçisi ilə oyunda komandasının potensialından qat-qat aşağı səviyyədə çıxış etdiyini bildirib.

"Dəfələrlə UEFA Çempionlar Liqasını qalibi olmuşuq. Bu turnirə çempionluğumuzla möhür vurmuşuq. Lakin bu, o demək deyil ki, hər mövsüm biz qalib olmalıyıq. Rəqib layiqli mübarizə apardı və qalib gəldi. Bizə isə təbrik etmək düşür. Oyuna gəlincə ilk hissədə bərbad oynadıq. Həqiqəti qəbul etmək lazımdır ki, həmin gecə biz heç də yaxşı deyildik. Bu dəfə tarix yaza bilmədik.

İlk oyunda da zəif oynamışdıq, lakin bu oyunda daha da zəif çıxış etdik. Rəqibi layiqli qələbəyə görə təbrik edirəm. Biz isə hər şeyə rəğmən mövsümü kuboklarla başa vurmuş olduq”, - deyə T.Kross qeyd edib.


7303 oxunub

InvestAZ