XƏBƏR LENTİ
09 May 2024
08 May 2024
07 May 2024
06 May 2024



Bu gün Konfrans Liqasında finalçıların adına aydınlıq gələcək
İdman 11:35 / 18.05.2023

Bu günfutbol üzrə UEFA Konfrans Liqasında finalçıların adına aydınlıq gələcək. Yarımfinalın cavab oyunlarında biri İsveçrədə təşkil olunacaq. "Sankt-Yakob Park" stadionunda oynanılacaq oyunda "Bazel” (İsveçrə) və "Fiorentina” üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun "Bazel”in minimal hesablı qələbəsi ilə yekunlaşmışdı -2:1.

Gecənin digər oyunu İngiltərənin "Vest Hem"i və Niderlandın "AZ Alkmaar" klubları arasında olacaq. İngiltərədəki oyunda 1:2 hesabı ilə uduzan niderlandlılar AZ stadionunda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Qeyd edək ki, turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da təşkil olunacaq.



7712 oxunub

InvestAZ