XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



FİFA dünya çempionatının loqosunu təqdim etdi
İdman 10:07 / 18.05.2023

FİFA 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosunu təqdim edib. Beynəlxalq qrumun rəsmi tviter hesabında yer alan xəbərə görə ağ-qara rənglərdən istifadə olunan loqonun üzərində dünya kubokunun təsviri ilə yanaşı, çempionatın keçiriləcəyi il öz əksini tapıb.

Los-Anceles şəhərində təşkil olunan kubokun təqdim olunma mərasimində ali futbol qurumunun prezidenti Canni İnfantino və braziliyalı ikiqat dünya çempionu Ronaldo da iştirak ediblər.

Qeyd edək ki, 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksikada ev sahibliyi edəcək. Bu dəfəki mundialın final mərhələsində ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.



15070 oxunub

InvestAZ