XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Çempionlar Liqası: “Şəhərlilər” bu dəfə sürprizə imkan vermədilər
İdman 01:38 / 18.05.2023

Qitəninən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gəlib. Bu, yarımfinalın cavab oyununda İspaniyanın "Real” klubuna böyük hesabla qalib gələn İngiltərənin "Mançester Siti” klubudur. Yarımfinalın ilk oyununda Madriddə 1:1 hesablı heç-heçəyə razılaşan Pep Qvardiolanın komandası "Etihad” stadionunda rəqibini darmadağın edib -4:0. Polşalı FIFA referisi Şimon Marçinyakın idarə etdiyi oyun ərzində "Kral klubu”nu "topla döyən” "şəhərlilər”in heyətində Bernardo Silva 23 və 36-cı dəqiqələrdə fərqlənib. Fasiləyə 2 top fərqi ilə üstün yollanan Mançester təmsilçisi ikinci hissədə Karlo Ançelottinin komandasını daha iki dəfə meydanın mərkəzinə dəvət edib. Əvvəlcə matçın 76-cı dəqiqəsində cərimə zərbəsi zamanı qapı qarşısına ötürülən topu Eder Milito öz qapısına göndərib. 91-ci dəqiqəə isə julian Alvarez darmadağını rəsmiləşdirən qolu vurub. Beləliklə, iki oyunun nəticəsinə görə 5:1 hesabı ilə qalib gələn "Mançester Siti” klubu finala vəsiqə qazanıb. Pep Qvardiolanın komandası bu qələbə ilə həm də sürprizə imkan verməyərək ötən il Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyətin əvəzini "Real”dan çıxıb.

Qeyd edək ki, iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq həlledici mərhələdə "şəhərlilər”in rəqibi İtaliyanın "İnter” klubu olacaq.



6503 oxunub

InvestAZ