XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Avropa çempionatı: komandamız finala vəsiqə qazandı
İdman 16:33 / 17.05.2023

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. 38 ölkədən 315 gimnastın mübarizə apardığı yarışda təmsilçilərimizdən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız qitə çempionatının finalına vəsiqə qazanıb. Gənc gimnastlardan ibarət komandamızın çıxışı beş iplə çıxışı 29,450, beş topla proqramı isə 29 xalla qiymətləndirilib. Komandamız hər iki növdə təsnifat mərhələsini üçüncü pillədə başa vurub və mərhələ adlayıb.


15981 oxunub

InvestAZ