XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Gecənin maraqla gözlənilən oyunu: “Mançester Siti” yoxsa “Real”?
İdman 12:28 / 17.05.2023

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək. Yarıçmfinalın ikinci cavab oyununda İngiltərənin "Mançester Siti” klubu "Etihad” stadionunda İspaniyanın "Real” klubunu qəbul edəcək. Ötən həftə Madriddə tərəflərin 1:1 hesablı heç-heçəyə razılaşması oyuna olan marağı bir qədər də artırır.

Polşalı FIFA referisi Şimon Marçinyakın idarə edəcəyi oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, "Mançester Siti” və "Real” oyunun qalibi finalda İtaliyanın "İnter" klubu ilə üz-üzə gələcək.


15783 oxunub

InvestAZ