XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Azərbaycan Premyer Liqası: Tura təxirə salınmış oyunla yekun vurulacaq
İdman 10:34 / 17.05.2023

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun təxirə salınmış bir oyunu keçiriləcək. Tura "Sabah”ın ötən həftə sonu "Beşiktaş” komandası ilə keçirdiyi xeyriyyə matçına görə təxirə salınmış "Sumqayıt” komandası ilə oyunla yekun vurulacaq. "Kapital Bank Arena”da təşkil olunacaq matçın start fiti saat 19:30-da çalınacaq. Hazırda ikinci pillədə qərarlaşan "Sabah”ın aktivində 77 xal var. "Sumqayıt” isə 28 xalla səkkizincidir.



14592 oxunub

InvestAZ