XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə qarşı
İdman 13:08 / 12.05.2023

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunlarına start veriləcək. Turun açılış oyununda "Zirə” klubu "Kəpəzi qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyun baş hakim Fərid Hacıyevə tapşırılıb.

Hazırda Bakı klubu 45 xalla turnir cədvəlində beşinci, "Kəpəz” isə 29 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.


7645 oxunub

InvestAZ