XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



"Barselona"ya növbəti «yüngül zərbə»
İdman 16:00 / 11.05.2023
İspaniyanın Vergi Agentliyi "Barselona" klubunu 15,7 milyon avro dəyərində cərimələyib. Kataloniya təsmilçisinin 2019-cu ildə qayda pozuntusuna yol verməsi buna səbəb olub.​ "El Confidencial"ın yaydığı xəbərə görə, futbolçulara "Audi" markalı avtomobillər verilməsində, oyunçuların çarter reyslərinin ödənişində və klubdan ayrılan Arda Turanla (1,3 milyon avro) Aleks Sonqanın (3,5 milyon avro) təzminatının ödənişində qayda pozuntuları aşkarlanıb. Nəticədə qurum klubu pul cəzasına məruz qoyub.

15035 oxunub

InvestAZ