XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: “İnter”dən final üçün ilk addım
İdman 01:56 / 11.05.2023

Ötən gecə futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Bununla mərhələnin ilk oyunlarına yekun vurulub.

Gecənin maraqla gözlənilən oyununda İtaliyanın "Milan" şəhərinin iki təmsilçisi üz-üzə gəlib. "San Siro" stadionunda təşkil olunan oyunda "Milan” klubu "İnter”i qəbul edib. Matçda hesab 8-ci dəqiqədə açılıb. Edin Ceko dəqiq zərbə ilə fərqlənib. Vurulan qoldan 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topu "Milan”ın qapısından keçirdi. Matçda başqa qol olmadı və görüş "İnter”in 0:2 hesablı qələbəsi ilə başa çatdı.

Komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda İspaniyanın "Real Madrid" klubu doğma meydanda İngiltərənin "Mançester Siti" komandası ilə oyunda 1:1 hesablı heç-heçə edib.


7028 oxunub

InvestAZ