XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Bu gün daha iki cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 11:11 / 11.05.2023

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün komandamızın daha iki üzvü tatami üzərinə çıxacaq. 90 kq çəki dərəcəsi üzrə keçiriləcək yarışlarda Məmmədəli Mehdiyev və Murad Fətiyevin qüvvələrini sınayacaqlar. Təmsilçilərimiz mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. M.Mehdiyev bu mərhələdə kamerunlu Kevin Budayinlə, M.Fətiyev isə rumıniyalı Aleks Kretlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-dək davam edəcək.


14102 oxunub

InvestAZ