XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Taekvondoçularımızın dünya çempionatına hazırlığı davam edir
İdman 10:35 / 11.05.2023

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına hazırlaşır. Komandamız hazırlıq prosesini baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Şamaxı Olimpiya İdman Kompleksində keçir. Təlim-məşq toplantısında mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçular qatılıblar. Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar.

Komanda ilə görüşən rəhbərlik onlara doğma meydanda keçiriləcək çempionatda böyük ümidlər bəsləndiyini bildirib.


7085 oxunub

InvestAZ