XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Dünya çempionatı: iki boksçumuz finalın bir addımlığında
İdman 10:04 / 11.05.2023

Azərbaycan millisinin iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Yığmamızın üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurublar.

Alfonso Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz 5:2 hesablı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın yarımfinal mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti görüşündə Georgi Kuşitaşvili (Gürcüstan) ilə gücünü sınayacaq.

Alfonso Dominqesin uğurunu Məhəmməd Abdullayev (+92 kq) də davam etdirib. Dörddəbir finalda Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 hesabı ilə qalib gəlib. M.Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib. Boksçumuz bu mərhələdə kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, yarımfinal döyüşləri sabah təşkil olunacaq.


7204 oxunub

InvestAZ