XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ölkəmiz Seulda keçirilən dünya idman jurnalistlərinin konqresində təmsil olunur
İdman 09:27 / 11.05.2023

Koreyanın paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi keçirilir. Konqresdə əvvəlcə, qitə bölmələrinin, o cümlədən Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) növbəti ali forumu keçirilib.

Bu barədə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından (AİJA) məlumat verilib.

AİJA-nın birinci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə moderatoru olduğu qitə bölməsinin sosial media hesablarının cari vəziyyəti haqqında hesabat verib. Qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar AİJA uğurlu layihələrə start verib. Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) üçün rəsmi internet saytının hazırlanması da həmin layihələr sırasındadır. Artıq bu sahədə müəyyən müsbət addımlar atılıb və işlər sürətlə davam edir.

Təşəbbüs Avropa ölkələri milli assosiasiyalarının nümayəndələri tərəfindən müsbət qarşılanıb.

AİPS Europe prezidenti Çarlz Kamenzuli bu istiqamətdə Nərgiz Mahmudzadənin rolunu və əməyini yüksək qiymətləndirib.

Konqres çərçivəsində, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) "Paris-2024”, FIFA-nın Avstraliya və Yeni Zelandiyada keçiriləcək qadınlar arasında dünya kuboku, mətbuatda süni intellekt haqqında interaktiv təqdimatlar nümayiş etdirilib.

AİPS-in 85-ci konqresində iştirak etmək üçün 110 ölkədən 200-dən çox nümayəndə və müşahidəçi qeydiyyatdan keçib.

Konqres mayın 12-dək davam edəcək.


6799 oxunub

InvestAZ