XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026



Dünya Kubokunun ilk mükafatçıları müəyyənləşdi
Müsahibə 15:33 / 10.05.2023

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunun ilk mükafatçılarının adına aydınlıq gəlib. İlk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

Səkkiz idmançının final medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sajad Purhüseyni olub.240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.

Azərbaycan təmsilçisi Ruslan Lunyov bu yarışa qatılsa da, finala yüksələ bilməyib.

Qeyd edək ki, bu gün, həmçinin qadınlar arasında da 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibi bəlli olacaq.


39299 oxunub

InvestAZ