İdman 09:50 / 07.04.2026
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI turun oyunlarına yekun vurulacaq. Olimpiyadunyasi.com xəbər verir ki, turun sonuncu oyun günündə daha üç qarşılaşma təşkil olunacaq.
İlk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək.
Ardınca "Zirə" "Şamaxı"nı qəbul edəcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:15-də başlayacaq.
Tura Bakıda təşkil olunacaq "Sabah" "Araz-Naxçıvan" komandalarının oyunu ilə yekun vurulacaq. Oyun "Liv Bona Dea Arena"da, saat 19:30-da start götürəcək.