XƏBƏR LENTİ
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Zelim Kotsoyev: “Bu qələbəmiz birlikdə yüksək əzmin və bacarığın göstəricidir”
Müsahibə 22:08 / 10.11.2025

Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışlarının qalibi olub. Milimiz finalda Özbəkistan kollektivinə 4:0 hesabı ilə qalib gəlib. Yarış başa çatdıqdan sonra millimizin üzvü, Oyunların fərdi yarışlarının gümüş, qarışıq komanda yarışlarının isə qızıl medalçısı Zelim Kotsoyev Olimpnews.az saytı ilə təəssüratlarını bölüşüb.
"Bu gün cüdo üzrə komanda yarışlarında yüksək nailiyyət qazandıq. Milli komandanın üzvləri sona qədər gərgin mübarizə apardılar. Bu qələbəmiz birlikdə yüksək əzmin və bacarığın göstəricidir. Mən də öz üzərimə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışdım. Fərdi yarışlarda qızıl medalı əldən verdim. Qızıl medalı qazanmaq da olardı. Görünür, bir az təşəbbüsü əldən verdim. Lakin bu idmandır. İdmanda hər şeyin baş verməsi mümkündür. Əsas odur ki, cüdo millimiz VI İslam Həmrəyliyi Oyunlarının qalibidir”, - deyə Zelim Kotsoyev bildirib.
10405 oxunub

InvestAZ