XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır
İdman 09:32 / 07.04.2026

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Belə ki, UEFA Çempionlar Liqasının 15 qat qalibi "Real" İspaniyada "Bayern Münhen" (Almaniya)klubu ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Bu oyunla paralel keçiriləcək digər oyununda isə Portuqaliya "Sportinq"i Lissabonda İngiltərənin "Arsenal" klubunu qonaq edəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də təşkil olunacaq.


660 oxunub

InvestAZ