XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Avropa çempionatının tanıtım videoçarxı ictimaiyyətə təqdim olundu
İdman 11:54 / 04.05.2023

Mayın 17-21-də Milli Gimnastika Arenasında ilin ən gözlənilən yarışlarından biri - bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək. "Ulduz kimi parla” şüarı altında 38 ölkədən bədii gimnastların iştirakı ilə keçiriləcək qitə çempionatının yerli Təşkilat Komitəsi tanıtım videoçarxını ictimaiyyətə təqdim edib. Videoçarxda Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıblar.

Tanıtım videoçarxını federasiyanın sosial şəbəkə hesabları vasitəsilə izləmək mümkündür.



14957 oxunub

InvestAZ