XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Prezident Kuboku-2023”ün rəsmi paradı böyük maraqla qarşılandı - FOTO
İdman 17:58 / 04.05.2023

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasının iştirakçı ölkələrin rəsmi paradı keçirilib.

Mingəçevir şəhər Heydər Əliyev prospektində keçirilən rəsmi paradı izləyənlər arasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovla yanaşı, yarış üçün ölkəmizə təşrif buyuran bir sıra rəsmi qonaqlar da olub.

Əvvəlcə yarış iştirakçıları bayraqla Mingəçevir şəhərinin mərkəzində yürüş ediblər. İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, xüsusi milli geyimdə olan çaparlar Qarabağ atları və üzərində avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.

20-dək ölkənin idmançılarının iştirak etdiyi paradı şəhər sakinləri böyük təntənə və coşğu ilə qarşılayıblar.

Daha sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.

Tədbir rəqs qrupunun və idmançıların maraqlı rəqsləri ilə davam edib.

Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündə
Suqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub.
Yarışların növbəti iki günü mayın 5-6-da Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mükafatlandırma mərasimi isə mayın 7-də Bakıda keçiriləcək.


7264 oxunub

InvestAZ