XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Prezident Kuboku 2023”ün ilk qalibləri
İdman 14:52 / 04.05.2023

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib.

Turnirin birinci günündə yarışlar tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda keçirilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub.

Yarışda ilk olaraq2005-2006-cı illər təvəllüdlü oğlanlar birnəfərlik kayakda200 metrməsafəyə üzrə bacarıqlarını nümayiş etdiriblər. Azərbaycan idmançısı Elmir Məmmədov bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Moldova təmsilçisi Sezar Amari ikinci, bolqarıstanlı Radislav Çifliqarov isə üçüncü olub.

Bu məsafə üzrə bir nəfərlik kayakda2007-2008-ci ilər təvəllüdlü qızların mübarizəsində Türkiyə idmançısı Yıldız Özgün Naz qızıl medal qazanıb. Mişel Fessun (Ukrayna) gümüş, Mixaela Rusu (Rumıniya) isə bürünc medalla kifayətlənib.

2009-2010-cu illər təvəllüdlü qızların yarışında isə Evelina Kostenko (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Polşa təmsilçisi İzabela Aleksandra Jarnovska ikinci, moldovalı Sofiya Nenno (Moldova) isə üçüncü pillədə qərarlaşıb.

2005-2006-cı illər təvəllüdlü qızların 200 metr məsafəyə birnəfərlik kayak qayığı ilə mübarizəsində Türkiyə təmsilçisi Evrim Bostançı birinci olub. Rumıniyalı Andrea Botnariuk gümüş, təmsilçimiz Darina Həsənova isə bürünc medal ədə edib.

Eyni yaş qrupuna aid oğlanlar arasında Nika Odişelidze (Gürcüstan) bütün rəqiblərini qabaqlamağı bacarıb. Türkiyəli avarçəkən Ali Kemal Sarar gümüş, təmsilçimiz Maarif Həsənov isə üçüncü pillədə qərarlaşıb.

2009-2010-cu illər təvəllüdlü oğlanların mübarizəsində qızıl medala Lev Lunin (Moldova) yiyələnib. Nihad Rəhimov (Azərbaycan) gümüş, Can Halil (Bolqarıstan) isə bürünc medalla kifayətlənib.

Nəhayət,2005-2008-ci illər təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə200 metrməsafəyə yarışında Manana Petriaşvili (Gürcüstan) birinci yeri tutub. Ulyana İvanova (Qazaxıstan) gümüş, Gülnarə Həmzəyeva (Azərbaycan) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, 20-dək ölkədən 100-dən çox avarçəkənin iştirak etdiyi beynəlxalq reqatanın digər iki günü mayın-5-6-da Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Yarışların mükafatlandırma mərasimi isə mayın 7-də Bakıda təşkil olunacaq.


8032 oxunub

InvestAZ