XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



"Bavariya" fikrini dəyişdi
İdman 18:38 / 04.05.2023
"Bavariya" "Tottenhem"in hücumçusu Harri Keyni almaq fikrindən daşınmaq qərarına gəlib.
Münhen təmsilçisi İngiltərə millisinin üzvünün yaşı və xaricdə təcrübəsi olmaması səbəbindən uyğunlaşmaqda problem yaşaya biləcəyindən narahatdır. Keyn bütün karyerasını Premyer Liqada keçirib. 29 yaşlı futbolçunun transferində "Mançester Yunayted" də maraqlıdır.
Keynin "Tottenhem"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Premyer Liqada 32 oyunda 25 qol vurub.

15321 oxunub

InvestAZ