XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



FİDE rəhbəri Bakıya gəlir
İdman 18:02 / 04.05.2023
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək.
Azərbaycan Şahmat Federasiyasının saytında yer alan xəbərə görə, məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir.
Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.
Qeyd edək ki, mayın 5-də açılış mərasimi təşkil olunacaq "Baku Open 2023”ə mayın 12-də yekun vurulacaq.

15555 oxunub

InvestAZ