XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



«Kral klubu»nun 5 hədəfi
İdman 17:15 / 04.05.2023
Madrid "Real"ı heyətinə bir sıra ulduz futbolçuları transfer etmək niyyətindədir.
"Diario AS"ın yaydığı məlumata görə, Dortmund "Borussiya"sından Cud Belinqem kral klubunun tək hədəfi deyil. Madridlilər "Çelsi"nin müdafiəçisi Ris Ceyms və "Tottenhem"in qol silahı Harri Keyni heyətinə cəlb etmək niyyətindədirlər.
İspaniya nəhənginin siyahısında daha 2 ad var. Bunlar "Selta"nın gənc futbolçusu Qabri Veyqa və "Yuventus"un hücumçusu Duşan Vlahoviçdir.
Qeyd edək ki, "Real" veteran futbolçuları Kərim Benzema və Dani Karvalyuya layiqli əvəzedici axtarır.

15298 oxunub

InvestAZ