XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Fərid Qayıbov: "Azərbaycan artıq idman ölkəsinə çevrilib"
İdman 12:50 / 04.05.2023

"Artıq üçüncü yarışdır ki, Suqovuşanda, doğma Qarabağımızda təşkil olunur. İlk yarışda dörd ölkənin idmançıları var idisə, artıq bu yarışda 20 ölkənin təmsilçisi mübarizə aparır.
Olimpnews.az xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda təşkil olunan avarçəkmə üzrə "Prezident Kuboku - 2023" beynəlxalq reqatasının açılış mərasimində jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, yarış iştirakçılarının sayının ildən-ilə artması Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yarışlara yüksək səviyyədə hazırlaşmasından irəli gəlir. Nazir həmçinin Heydər Əliyev İli ilə əlaqədar ölkədə təşkil olunan yarışlardan da danışdı.
"Bu il Azərbaycanda keçirilən beynəlxalq yarışların sayı kifayət qədərdir. İki həftə əvvəl bizim iki beynəlxalq tədbirimiz oldu. Bu yaxınlarda isə Bakıda Formula 1 yarışları keçirildi. Qarşıdakı günlərdə də beynəlxalq tədbirlər keçiriləcək. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Təbii ki, mən ölkə rəhbərliyinin idmanla və idmançıların qayğıları ilə maraqlanmağı qeyd etmək istərdim", - deyə Fərid Qayıbov bildirdi.

Nazir jurnalistlərə açıqlamasında bu il işğaldan azad olunan ərazilərimizdə daha bir neçə yarışın təşkil olunacağını diqqətə çatdırdı:
"Ötən il Şuşada beynəlxalq veloyürüş keçirildi. Bu il də həmin tədbirin təşkil olunacağı gözlənilir. Bundan başqa Şuşada şahmat yarışının keçiriləcəyi də təsdiqlənib".

Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündə
Suqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq.
Yarışların növbəti iki günü mayın 5-6-da Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.


7064 oxunub

InvestAZ