XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Paraatletlərimizdən daha iki medal
İdman 19:04 / 03.05.2023

Azərbaycan komandası Almaniyanın Hannover şəhərində paralimpiyaçılar arasında keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə daha iki medal qazanıb. Yığma komandamızın üzvü Kamran Zeynalov tapançadan 50 metr məsafəyə atəşaçma yarışında gümüş medala sahib olub.

Komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) tapançadan 50 metr məsafəyə atəşaçmada üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.


7329 oxunub

InvestAZ