XƏBƏR LENTİ
08 İyun 2023
07 İyun 2023
06 İyun 2023



Yüksək Liqa: “Murov” və “Azərreyl”dən qələbə
İdman 22:18 / 29.03.2023

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb. Bu gün yarımfinalın ilk oyunları çərçivəsində "Abşeron” klubu "Murov”la, "Azərreyl” isə UNEC-lə qarşılaşıb.

Günə "Abşeron” - "Murov” matçı ilə start verilib. Görüş "Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə "Abşeron” qalib gəlsə də, baş məşqçi Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, "Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.

Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında "Azərreyl"lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn baş məşqçi Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.


2098 oxunub

InvestAZ