Bu gün futbol üzrə Avro-2024-ün seçmə mərhələsində ikinci tura yekun vurulacaq. A, D və I qruplarında ümumilikdə 7 oyun keçiriləcək. İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edəcək. A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya ilə Şotlandiya ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.
I qrupunun favoriti İsveçrə isə öz meydanında İsraili sınağa çəkəcək.
AVRO-2024, seçmə mərhələ
II tur
28 mart
A qrupu
Gürcüstan - Norveç
Şotlandiya - İspaniya
Xal durumu: İspaniya - 3, Şotlandiya - 3. Gürcüstan - 0 (oyun keçirməyib), Norveç - 0, Kipr - 0
D qrupu
Türkiyə - Xorvatiya
Uels - Latviya
Xal durumu: Türkiyə - 3. Uels - 1, Xorvatiya – 1. Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0
I qrupu
İsveçrə - İsrail
Rumıniya – Belarus
Kosovo – Andorra
Xal durumu: İsveçrə - 3, Rumıniya – 3. Kosovo – 1, İsrail – 1, Andorra - 0, Belarus – 0.