XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Paralimpiyaçımız Dünya Kubokunda qızıl medal qazandı
İdman 15:42 / 25.04.2019

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Pərvin Məmmədov 49 kq-da ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb.
Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı Slavomir Symanski tutub. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını da artırıb. 

34526 oxunub

InvestAZ