XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Dünya kuboku: Daha 2 boksçumuz növbəti mərhələdə
İdman 11:21 / 22.04.2026

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku davam edir. Reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 55 kq-da Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq.

Məhəmməd Abdullayev (+90 kq) də Dünya kubokuna qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.


244 oxunub

InvestAZ