XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Atletika məşqçiləri təltif olundu
İdman 15:07 / 25.04.2019

Aprelin 25-də Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Proqramı, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Atletika Federasiyası və MOK-un təşkilatçılığı ilə atletika məşqçiləri üçün 1-ci dərəcəli texniki kursun iştirakçılarının təltif edilməsi mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Firat Hüseynov, baş katib Məhərrəm Sultanzadə, MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak ediblər.
Tədbiri açan vitse-prezident Çingiz Hüseynzadə məşqçiləri təbrik edərək onlara uğurlar arzulayıb. O bildirib ki, Milli Olimpiya Komitəsi bundan öncə voleybol, badminton, velosiped idmanı növləri üzrə məşqçilərin texniki kurslarını təşkil edib. Burada kursları yerli mühazirəçilərlə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin təyin etdiyi idman mütəxəssisləri də tədris edib. Çingiz Hüseynzadə onu da qeyd edib ki, növbəti ay Milli Olimpiya Komitəsi hakimlər üçün texniki kurs keçirməyi planlaşdırır.
Layihənin əsas məqsədi beynəlxalq dərəcəli atletika məşqçilərinin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Atletika Federasiyasının sertifikasiyasından keçmiş mühazirəçiləri Hakim İbrahimov və Qılınc Əhmədov tərəfindən keçirilib. Seminarlarda Bakıdan və 8 regiondan ümumilikdə 16 məşqçi iştirak edib. Seminarın gedişatında və sonda məşqçilər müxtəlif mərhələlərdə imtahanlar veriblər. İmtahanı uğurla keçmiş məşqçilər gələcəkdə federasiya ilə birgə region üzrə məşqçi kimi çalışacaqlar. Kursun sonunda məşqçilərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kurs keçən 16 məşqçidən 14-ü imtahandan keçib. İmtahandan keçən məşqçilər diplomlarla təltif olunub.

33396 oxunub

InvestAZ