XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Azərbaycan Kubokunun sonuncu mərhələsi başa çatdı
Gündəm 11:12 / 03.10.2022
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə Azərbaycan Kubokunun sonuncu - VI mərhələsi başa çatıb. Oktyabrın 2-də keçirilən VI mərhələnin son yarış günündə həm qadın, həm də kişi velosipedçilər Şamaxı yolunun 36-cı kilometrindən start götürməklə 4,5 kilometr məsafəyə dağa fərdi ötüşmə növündə güclərini sınayıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışın bu mərhələsində bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak ediblər. Ümumilikdə 70 nəfərə yaxın velosipedçi qalib olmaq üçün mübarizə aparıb.
Yarışda qadınlar arasında ən yaxşı nəticəyə Viktoriya Sidorenko (ROEQİUGVM) imza atıb və qızıl medal qazanıb. İradə Əbdürəhmanova (Təhsil RİM) gümüş, Fatimə Əfqanzadə (ROEQİUGVM) isə bürünc medala layiq görülüb.
17 yaşadək oğlanların mübarizəsində Tural İsrafilov (ROEQİUGVM) birinci, Tamerlan Vitovskiy (ROEQİUGVM) ikinci, Ravi Rzayev (ROEQİUGVM) isə üçüncü yerə çıxıb.
Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında Musa Mikayılzadə (MSN) hamıdan sürətli olaraq qızıl, onun ən yaxın izləyicisi Şahin Eyvazov (ROEQİUGVM) gümüş, Nikita Sitov (Sərhədçi) isə bürünc medala sahib olub.
Bu yarışın nəticələri bəlli olandan sonra bütün mərhələlər üzrə (VI mərhələnin cəmi) velosipedçilərin qazandıqları xallar hesablanaraq Azərbaycan Kubokunun qalibləri də müəyyənləşdirilib.
Qadınlar arasında Lalə Əbdürəhmanova (Təhsil RİM, 58 xal) Azərbaycan Kubokunun qalibi olaraq qızıl medala layiq görülüb. Radha Şabanova (ROEQİUGVM, 51 xal) gümüş, Viktoriya Sidorenko isə (ROEQİUGVM, 43 xal) bürünc medal qazanıb.
17 yaşadək oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM, 59 xal) birinci, Tural İsrafilov (ROEQİUGVM, 54 xal) ikinci, Tamerlan Vitovskiy (ROEQİUGVM, 54 xal) üçüncü yerdə qərarlaşıb.
Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında kişilər arasında isə Musa Mikayılzadə (MSN, 68 xal) qızıl medalın sahibi olub. Kamran Mirzəxanov (ROEQİUGVM, 47 xal) gümüş, Şahin Eyvazov (ROEQİUGVM, 36 xal) bürünc medal qazanıb.
Xatırladaq ki, ilk dəfə olaraq AVF-nin Şamaxı və İsmayıllı filiallarının idmançılarının da iştirak etdiyi yarışın birinci mərhələsində (oktyabrın 1-də) velosipedçilər kriterium növü üzrə mübarizə aparıblar.

27820 oxunub

InvestAZ