XƏBƏR LENTİ
03 Oktyabr 2022
29 Sentyabr 2022
28 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022



Konya-2021: Voleybol millimiz yarımfinala vəsiqə qazanıblar
İdman 16:12 / 12.08.2022
V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarışları davam edir. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsində sonuncu oyununu keçirib. Eldar Yusubovun rəhbərlik etdiyi yığmamız B qrupundakı son matçında Kamerun yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:1 (29:31, 25:12, 25:8, 28:26) hesablı qələbəsi ilə başa çatıb. Komandamız bu nəticə ilə yarımfinala vəsiqə qazanıb. Azərbaycan millisi qrupda 8 xal toplayaraq lider olub. Millinin yarımfinaldakı rəqibi A qrupunun ikincisi (meydan sahibi Türkiyə və ya İran) olacaq.
Qeyd edək ki, B qrupunda çıxış edən yığmamız 3 oyunda 3 qələbə qazanıb. Belə ki, bundan əvvəl - avqustun 8-də Seneqal - Azərbaycan və 10-da Əfqanıstan - Azərbaycan qarşılaşmaları 0:3 hesabı ilə başa çatıb.
Yarımfinal görüşləri avqustun 14-də keçiriləcək.


3279 oxunub

InvestAZ