XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sumoçularımızın uğurlu çıxışı davam edir
İdman 15:16 / 21.04.2019


Azərbaycan sumoçusu Çingiz Səmədov Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatında qızıl medal qazanıb. Ç.Səmədov 100 kiloqram çəki dərəcəsində Avropa çempionu olub. İlk görüşdə (100 kq) Polşa idmançısını məğlub edən Ç.Səmədov dörddəbir finalda Rusiya təmsilçisini üstələyib. Sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edərək finala vəsiqə qazanıb. Ç.Səmədov finalda daha bir polşalı rəqibini məğlub edərək Avropa çempionu olub.
Xatırladaq ki, idmançılarımız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.
Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Avropa çempionatında 17 ölkədən 350-dən çox idmançı gücünü sınayır.

34193 oxunub

InvestAZ