XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Taekvondoçular paytaxt birinciliyində
İdman 13:23 / 21.04.2019


Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyinə start verilib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışda əvvəlcə aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov şəhidlərimizin Aprel döyüşləri zamanı göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Prezident İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən diqqət və qayğıdan, onların beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs ediblər. Çıxışçılar gələcəkdə bu idmançıların arasından çempionların yetişəcəyinə ümid etdiklərini vurğulayıblar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarışa start verilib. Yarışda 48 taekvondo bölmə və klublarından 550 idmançı iştirak edir.
Üç gün davam edəcək birincilikdə 2010-2011-ci və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2005-2007–ci il təvəllüdlü yeniyetmə və 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular mübarizə aparırlar.
"DAEDO İnternational" taekvondo sistemi ilə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediləcəklər.
Yarış yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyır.

35095 oxunub

InvestAZ