XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



İdmançı menyusu
İdman 10:02 / 22.06.2022
İdeal sağlam bədənə təbii yolla sahib olmaq çox çətindir. Lakin mümkün olmayan heç bir şey yoxdur. Buna siz öz qətiyyətiniz və özünəinamınızla nail ola bilərsiniz.
İdmanda və gündəlik həyatınızda uğur qazanmaq üçün dünyanın tanınmış dieotoloqlarının və idman mütəxəsislərinin tərtib etdiyi "İdmançı menyusu”nu daha təkmil formada oxucularımıza təqdim edirik.


1. Gündəlik qida rasionumuzdan qızardılmış yeməkləri tədricən yığışdırmaq məsləhət görülür. Xüsusilə sobada qızarmış toyuq və ətdən uzaq durmaq lazımdır.

2. İstiotlu, duzlu və hisə verilmiş qidaların orqanizmə necə mənfi təsir göstərdiyini nəhayət ki, anlamalıyıq. Hisə verilmiş balıqlar xüsusilə idmançılar üçün arzuolunmazdır.

3. Qızardılıb yeyilməsi məsləhət görülməyən ərzaqları qaynadılmış halda qəbul etməliyik. Tərkibində piy və yağlar olan ət və ət məhsullarını naharda və şamda qəbul etməliyik. Tərəvəzlərdən - kartof, lobya və çuğundur imtina etdiyimiz qızarmış ərzaqların əvəzedicisi ola bilər. Məsələn, bişmiş lobya qızardılmış ət qədər kalorilidir. Bişmiş çuğundur sobadan çıxdıqdan sonra sizə çox ləzzətli gələcək.

4. Göyərti və tərəvəzlər qidalanmada orqanizmə müsbət təsir edir. Tərəvəzlərdən kök, xiyar, pomidor, meyvələrdən alma, gavalı və armud yeməklə qida rasionunu etibarlı hesab edə bilərsiniz.
5. Çörəksiz qidalnmanı təsəvvür etmək olmur. Ona görə ki, çörəyin tərkibindəki zülallar orqanizm üçün çox faydalıdır, orqanizmi bol enerji ilə təmin edir. İdmanla məşğul olanlara bu enerji daha çox lazımlıdır. Lakin daha çox qara undan hazırlanmış çörəyə üstünlük verilməlidir. Gün ərzində 150-200 qramdan artıq çörək məsləhət görülmür.

6. Orqanizm üçün protein vacib sayılır. Çünki protein əzələləri möhkəmləndirir. Süd məhsulları (kəsmik və süd), yumurta, qaynadılmış ət və qoz protein əldə olunmasında əsas vasitədir.

7. Həftədə bir dəfə orqanizmi qida ilə yükləmədən qorumaq lazımdır. Özündə qüvvə tapıb, gün ərzində qatıqdan başqa heç nə yeməyin. Əlavə nəsə qəbul etsəniz, orqanizmi yükləmədən qoruya bilməyəcəksiniz.

8. Ardıcıl vitamin qəbulu orqanizmi yüksək formada, insanı isə xoş əhval saxlayır. Vitaminlərdən hər hansı biri çatışmadıqda orqanizm özünü halsız hesab edəcək.

9. Xəmirdən hazırlanmış məmulatlara və şirniyyatlara təslim olmayın. Bununla orqanizmin formalaşmasına mane ola bilərsiniz. Tort, bulka və piroqları özünüzdən uzaqlaşdırın.Nə qədər çətin olsa da siz bunu bacara bilərsiniz.

10. Məşqdən 2 saat qabaq qidalanın. Doymuş və dolu mədə ilə heç bir məşqdən söhbət gedə bilməz. Seçim sizindir.

14965 oxunub

InvestAZ