XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycanın gənclərdən ibarət qrup komandası “AGF Junior Tropfy” turnirinin gümüş medalını qazanıb
İdman 10:35 / 21.04.2019


Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Turnirdə dünyanın 20 ölkəsindən 130-a yaxın bədii gimnast mübarizə aparır. Yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar medallar uğrunda həm fərdi, həm də qrup hərəkətləri proqramında yarışırlar.
Azərbaycanlı gimnastlar dünən çoxnövçülük üzrə (beş halqa və beş lent) qrup hərəkətlərində mükafatçılar sırasında yer alıblar. Belə ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız yekunda 41,000 xal toplayaraq turnirin gümüş medallarına yiyələnib. İsrail komandası (42,000 xal) qızıl, Rusiya gimnastları (40,000 xal) bürünc qazanıblar.
Qrup komandamız, həmçinin ayrı-ayrı alətlər üzrə - halqa və lentlə yarışlarda medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.

35064 oxunub

InvestAZ